Səninlə qapıya tərəf yeridim,hava soyuq idi
Amma nəsə evdə imişəm kimi hiss etdirdi
Və mən şərfimi sənin bacının evində qoymuşdum
Və sən hələ də saxlayırsan rəfində, indi belə.
Oh,sənin o şirin xasiyyətin və mənim diqqətli baxışlarım
Yuxarılarda itmişkən mahnı oxuyurduq
Payız yarpaqları dağılmış parçalar kimi düşürdü
Və mən o günlərdən sonra ağlımda canlandıra bilirəm
Və mən bilirəm artıq çoxdan gedib
Və sehir artıq burda deyil
Və bu normal ola bilər
Amma mən heç yaxşı deyiləm
Çünki,biz hələ buradayıq,o balaca şəhərin küçəsində
Sən az qala qırmızıda keçəcəkdin,çünki mənə baxırdın
Külək saçlarımda,mən oradaydım,hər şeyi çox yaxşı xatırlayıram
Fotoqraf albomun qarşımızda,sənin yanaqların qızarırdı
İki nəfərli yataqda balaca eynəkli bir uşaq imişsən
Sənin anan mənə beysbol komandan haqqında hekayələr danışır
Sən mənə keçmişindən danışırdın, sənin gələcəyinin mən olduğunu düşünərək.
Və bilirəm artıq çoxdan gedib
Və eləyə biləcəyim heç nə yox idi
Və sənə niyə ehtiyacım olduğunu
unudacaq qədər uzun zaman oldu
Çünki,biz yenə buradayıq,gecə yarısı
Mətbəxdə soyuducunun işığında rəqs edirik,
Aşağı mərtəbədə,mən oradaydım,hər şeyi çox yaxşı xatırlayıram
Və bəlkə bir-birimizi anlayarkən itdik,bəlkə çox şey istədim
Amma bəlkə bu şahəsər idi sən məhv edənə kimi
Qorxaraq qaçarkən,mən oradaydım,hər şeyi çox yaxşı xatırlayıram
Sən yenə zəng elədin,məni bir söz kimi qırmaq üçün
Dürüstlük adı ilə qəddarlıq idi
Mən yerdə parçalanmış kağız parçası kimi uzanmışdım
Çünki hər şeyi çox,çox,çox yaxşı xatırlayıram
İlişib qalmışam kimi vaxt keçmir
Yenidən əvvəlki özüm olmaq istəyirəm,amma hələdə axtarıram
Damalı köynək günlərindən və məni sahibləndiyin gecələrdən sonra
İndi mənim əşyalarımı qaytarırsan və mən evə tək gedirəm
Amma mənim köhnə şərfimi ilk həftədən saxlayırsan
Çünki,sənə saflığı xatırladır və mənim ətrimi verir
Tullaya bilmirsən çünki hər şeyi çox yaxşı xatırlayırsan
Çünki,yenə buradayıq səni sevdiyim yerdə
Bildiyin tək real şeyi itirmədən əvvəl
Bu nadir idi,mən oradaydım,hər şeyi çox yaxşı xatırlayıram
Külək saçlarımda,sən orada idin,hər şeyi xatırlayırsan
Aşağı mərtəbədə,sən orada idin,hər şeyi xatırlayırsan
Bu nadir idi,mən oradaydım,hər şeyi çox yaxşı xatırlayıram