Hardan biləydim axı, hicran gələcək,
Məni sevənin üzü birdən dönəcək?
Qara gecələr mənim ömrümə bənzər,
Tənhalıq indi qəlbimi üzər.
Nəqərat:
Ürək üsyan qoparsa, bilən deyilsən;
Qəfil çırağım sönsə, görən deyilsən;
Həsrətdən belə ölsəm, dönən deyilsən, –
Sən məni sevən deyilsən…
Aldatdı məni, “sevirəm” deyəni,
Aldatdı məni mənsiz dözməyənim,
Aldatdı məni, kimsə tutdu yerimi,
Ürəkdən sevdiyim aldatdı məni.
Sən bilə-bilə qəlbimə həmdəm oldun,
De, bu sevgidən axı nə tez yoruldun.
Dözə bilmirəm, sənsizlik əzabdır…
Ayrılıq məni haradan tapdı?