Bir falçı baxdı əlimə:
“Söyləmə, – dedi,- heç kimə,
Şahzadə düşüb bəxtinə
Min bir gecədən sənə!”.
Dərdimi deyim mən kimə,
Bir çarə desin eşqimə?
Bu sevda gəlməz ağıla,
Özüm düşdüm nağıla.
Nəqərat:
Gəl, yarım, gəl, səni səslərəm.
Hər gün yolunu gözlərəm mən.
Gəl, yarım, gəl, illər gözləmir,
Bir gün nağıla dönmərəm mən.
Gec olar, gəl, (Gec olma) [3x]
Karvanlar düşdü səhraya,
Bağdada çatdım bir aya,
Gəldim sehirli saraya,
Səni tapmadım yenə…
Bəxtimə düşən şahzadə
Gizləndi min bir gecədə,
Gördüm nə sevən, nə sevilən.
Təkcə qaldım yenə mən…
[Nəqərat x2]