current location : Lyricf.com
/
Songs
/
Adsız Mahnı lyrics
Adsız Mahnı lyrics
turnover time:2024-12-22 19:35:55
Adsız Mahnı lyrics

(verse: PRoMete)

Nə qədər söz olsa, söz nə qədər düz olsa,

Az gələcək sətirlərim gözlərinə baxmaqdan.

Nə qədər düz olsa, düz nə qədər iz qoysa,

Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan.

Cızdım rəsmini, tanımamışdan ağlımda,

Sən bir Şahzadə və ayağında çarığlar var.

Girdin həyatıma və real oldun nağılımda.

Gözmuncuqlarında dərin çat və qırıqlar var

Dərinə toxundum və əridim, yox oldum,

“Mən ruhmu, insanmı!?” anlamadan yoluma davam.

Əlinə toxundum parlaqlıq çox oldu ,

“Sən ruhmu, insanmı!?” anlamadan yoluma davam.

Sən güclü, ən güclü otlardan həblərdən,

Uça bilməz insan, yox, uça bilməz insan.

Xətrinə dəyəcək qədər, kobud oluram mən hərdən.

Amma sən bu həyatımda tək "keçə bilməzim"sən

(Nəqarət: PRoMete)

Qanadlan!

Səni mənə gətirəcək bu qanadlar.

Uzaqdan,

Ətrini küləyə ötür, dayanma!

Səmadan,

Dənizdən,

Buluddan,

Günəşdən.

(verse: PRoMete)

Güc ver, mənə güc ver, var oluşun belə bəsdir buna.

Hər yer mən dardı, əgər səbəb varsa yoxluğuna.

Yazdığım ilk sətir belə, son kimi görünə bilir mənə.

Çatmamış bitir mürəkkəb, sətirlərim sonluğuna.

Uzana-uzana gedir gecə, üzünü görüm edim necə?

Mən buz kimi, sənsə isti uzaqlaşıram əridikcə.

Nə ürək işləmir, nə beyin, küsür pərilər uzaq qaçır,

Bayıra çıxıram axtarışda, boşdur küçə, boşdur küçə.

Toxunuşlar, barmaqlar... hər şey necə də mükəmməldir,

Dərin, dərim, nəfəs dərin-dərin, gözlərim və gözlərin.

Dodaqlar, incə belin, uzaqlıqlar içində mən,

İtirirəm yenə də səni, yenə də boşdu buz əllərim.

Gündəliklərdə vərəq qalmadı, bitirdim neçə qələmdə mürəkkəb,

Atmadım, saxladım, doğmadı, tək göründüm hər kəsə,

Təkəm sandılar. yanımdaydın heç darıxmadım,

Amma yenə də dön, yanımda cismin olsun!

Bəlkə, inandım ki, nəğmələrdə deyilən eşq, bu qədər asandır.

Dön, nəğmə yazacam sənin dönüşünə.

Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə

Gecikirəm!

(Nəqarət: PRoMete)

Qanadlan!

Səni mənə gətirəcək bu qanadlar.

Uzaqdan,

Ətrini küləyə ötür, dayanma!

Səmadan,

Dənizdən,

Buluddan,

Günəşdən.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved