Bənd 1
Ürəyimdə əsir küləylər, ürəyi heçkimə aça bilmirəm
Əlimdən tutanlar əlimi buraxdılar, artıq yalnız qaça bilmirəm
Sonumu görənlər mənə göstərsin mən gələcəyə uça bilmirəm
Ürəylər soyur insan dərisin, mələyimə işıq saça bilmirəm
Lazımsız bir kağızam mən üstümə nə istədiz yazırsız
Üsyan edən, bir payızam mən saflığımdan faydalanırsız
Dəyərlərimi tapdaladız, güllələdiz saysız hesabsız
Ağladıqca üstümə gəldiz, mənə uşağlığımı siz xatırlatdız
Mən, keçmiçə sadiq olub, öz həyatımı quracam
Mən gələcəyə layiq olub, öz dünyamda yaşayacam
Məni heçkim düşünməsin, hərdən gülüb ağlayacam
Məni heçkim sevməsin, sevgimi qoruyub saxlayacam
Nəqarət
Bax hərkəs düz, mənsə yalan, etdiklərim olsun haram
Daha yaxşılıq istəmirəm, mənə anamdı təkcə qalan
Təsəllinizi gözləmirəm, təsəlliniz qəlbi qıran
Yumdum gözümü gedirəm, ürəyimdə acılara bax
Gedənlər ölülərlə bir sıralarda, bax sevənlər qollarda
Hərə bir rolda, hərə bir yolda, özünü doğru bilir
Bənd 2
Ürəyinizdə kin, paxıllıq, bu sizi cəhənnəmə aparır
Deyilsiz artıq dəyərli varlıq, ürəyimnən sizi qoparır
Mən öləndə deyərsiz sağlıq, yaxşılıq etdi biz qanmadıq
Rahat olarsız mənnən sora, sizə yaraşır şənlik, şadlıq
Həyatımnan gedənlər, xəyanəti sevənlər harda?
Söyləyin harda?!
Bu qəlbim sürünür mənim, kədərli yollarda nəyə görə?!
Kimə görə?!