Keçmişim ayağıma dolaşıb,
Mən uçuram bu yüklə birgə səmaya
İçmişəm həyatla dolu bir qədəh ki,
Dünya bənzəsin bir saraya
Buludlar yatağım, ulduzlar qonağım
Gedirəm kainatla yuxuya
Ancaq ruhumun əkizləri duyar,
Nəqarəti mənlə birgə oxuyar .
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən xəyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Özümü tərk edib, özümü dərk edirəm! (x2)
Vərdişim inadınla dalaşır,
Mən qaçıram suallarımdan uzağa.
Gəlmişəm savabla dolu bir sabah,
Günahım bir gecəylə yüz ola .
Günəşim yaradar kölgəmi,
Buludlar ona can verər və qoruyar .
Gənə ruhumun əkizləri duyar,
Nəqarəti mənlə bir də oxuyar . .
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən xəyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Özümü tərk edib, özümü dərk edirəm! (x2)
Sən sağ qanad, mən sol qanad .
Hava limanımız uçuş yarat .
Kolay, kolay, kolay səyahət . (Çay içer misiniz? - Evet)
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm.(x2)
Özümü tərk edib, özümü dərk edirəm! (x2)