Eşq şirin bir röya
Kiçik bir dünya
Gözlərdə başlar qəlblərdə yaşar
Eşq şeir kimi gözəl
Film kimi keçər
Bir külək əsər
Nağıl kimi bitər
Sən heç sevdinmi ?
Heç sevildinmi ?
Qovuşdum deyərkən tərk edildinmi ?
O indi çox uzaqlarda yox həyatımda
Ah xatirələrdə
O indi çox uzaqlarda röyalarımda
Ah mahnılarımda
Eşq şimşək kimi çaxar könlünə düşər
Zəhər kimi sızar qanına işlər
Eşq xənçər kimi batar şüşə kimi kəsər
İzləri qalar dərinlərə enər