Bu dünya eşqsiz dönməz
Yanmış atəşlər sönməz
Heç bir dərman şəfa verməz
Könlüm eşq yolundan dönməz
Gah gülər gah gülə bilməz
Eşq tikanı az incitməz
Mən yeriyirəm bu yolda
Açaram güllərimi
Bir qala taparam sonunda
(Bir işıq taparam sonunda)
Yumaram gözlərimi
Eşq
Məni öldürdün sən eşq
Bəzən güldürdün sən eşq
Məni böyütdün sən eşq
Məni var etdin sən eşq
Səninlə var oldum mən eşq