current location : Lyricf.com
/
Songs
/
Ölüm-yaşam lyrics
Ölüm-yaşam lyrics
turnover time:2024-11-29 12:15:18
Ölüm-yaşam lyrics

Verse 1:

Səni yazmaq gözəldir, bilirsən və axmaqlığıma əminsən,

Elə bir yoxluqsan ki, şairə var gəlirsən.

Bizimki sevgi deyil, başqa tema olsa belə,

Məni canımdan usandırma,cəfa yarə dar gəlirsə.

Gözüm gəzir, axtarıram yarı bəndə,

Sağlığına içməydən qalmayıbdı hal məndə.

Yaşadığımız hər anı özün yadıva sal həm də,

Bugün evə gec gedərsən 1-2 saat qal mənlə.

Sənə bir musiqi yazmışdım, hər bəhri sevgi,

Oqədə gözəl qız var, səni xüsusi tərif etdim.

Gözlərin niyə qaçır axı, hansı sözüm təsir etdi?

Budəfə çox uzatma, yanımda qal, bəsdi getdin.

Səni dəyişmərəm inan ki, heçbir seçimə,

Ümidlərim ağır-ağır çəkir tüstü qatır içinə.

Məni görmək istəməyəndə yanından düz keçirəm,

Sənin adını çəkəndə mən, elə bilirlər and içirəm.

Sən məni öldürürsən,sonra da "yaz-yarat" deyirsən.

Haa, göz dolur ama gülümsiyirsən,

Bəlkə də 1addım qalıb ama sən uzağ bilirsən,

Elə bir adam olur ki, ilk dəfədir ki, həyat deyirsən.

Chorus:

Dəryada bir daşam mən, gövhərəm mən qaşam mən,

Aranı dağ kəsibdi, qanadım yox aşam mən.

Quru gözlərə yaşam mən, səhv yola yoldaşam mən,

Sən ölüm ani gələn, ağır olan yaşam mən. (x2)

Verse 2:

Tikan mənəm, götür bu gülün sənin,

Gizlincə baxır mənə, görürəm amma gülümsəmir.

... eybiyoxdu qoy olmayım yanında,

Gedək yanaşı vaqonlarda, uzağdan görüm səni.

Heç vaxt alınmırdı, demə ki, gözləmə məni,

Çəkinsə də gözlərin, hiss olunur üzdən əməlin.

Səmavi məhəbbətin olabilərdi bizdə təməli,

Bircə dəfə sevirəm dedim,incitdin 100 dəfə məni.

Evə qədər ötürüm səni, biraz danışağ özümüzdən,

Dilimizdə kəlimə yox, hamsı qalıb könlümüzdə.

Oqədər yaxınımız var hər biri gülür üzdə,

Birgün ölüb getsək əgər mırtlaşarlar ölümüzlə.

Bu sevgi gözümüzdən düşsə belə, xatirə mənə,

Gələcəksən indi gəl, ruhu bədənə qatil eləmə.

Mən hər gecə bu eşqi dolduracam qafiyələrə,

Səni yazmaq qarışırdı günü-gündən batil əmələ.

Dilə gəl söz de mənə, bu məhəbbət qəliz idi,

Səsimi sevirdin axı, sözlərimin dəlisiydin.

Nəvaxtsa təsadüfən səndən məni soruşsalar,

Deyərsən ki, o ölən şairin ilham pərisiydim.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
BadClause
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
BadClause
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved