Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın
Samovara od salmışam,
Stəkana qənd salmışam
Yarım gedib, tək qalmışam,
Nə əzizdir yarın canı
Nə şirindir yarın canı
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın