Canım gözüm,dolub gözüm
Kövrəlib səsim avazım
Mənə ver bir umid,tək bircə sözün
Gələr köməyimə lazım ...
Əlacsızam nədən belə
Döndüm sanki solan gülə
Qəlbimə su çilə nəvazişin ilə
Sevgi çiçəyimə lazım ...
Mənə sevgi bəxş et
Qəlbimə nəqş et
Olsun alnımda yazım ...
Mənə sevgin taleyimə fələyimə lazım
Məni yaşadır o ruhuma ürəyimə lazım
Sevgilim həyatımda olmasan əgər
Bu dünya aləm axı nəyimə lazım
Canım titrər nəfəsin ücün
Müjdəsin elə görüşün
Sarılmağın nəfəsin öpüşün
Üzümə birçəyimə lazım ...
Səni belə dəlicə sevərkən
Qorxuram itirəm erkən
Üstümdə varlığındı kölgən
Bütün gələcəyimə lazım ...