(verse: AiD)
Bir gün itsəm neçə gün sonra yada düşərəm
Biraz darıxandan sonra unutsan, başa düşərəm
Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm
Nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm
Ətraf sıxdıqca, sıxılmaq sətirlərə
Dizini qucaqlamaq belə artıq çətin gələr
Artıq o yaş deyil ki, söykənəsən valideynlərə
Artıq inam da yox sən tərk edəndə qal deyənlerə,
Sadə olduqca hörmət azalır kimi paradokslar
Amma ən tez mən qaçdım düşəndə dara dostlar
Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun
Ölümlə üz üzə deyiləm arzum sağ qalmaq olsun.
Hərə bir tərəfdən sıxır, sanki sabah bitir
Ömür, sanki bir işıq idim hansı ki artıq
Gözdən itir sönür, elə bil həyatın mənə
Olan planları tükənmək üzrə,
Yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə
(Nəqarət: Gültəkin)
Dəyişir səni həyat,
Azalır sənə maraq
Hardadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər (x2)
(verse: AiD)
Hərdən boğulmaq, topuğa qədər su olan yerdə,
Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə
Hərdən danışmaq, dərdivi susan vərəqə
Gəl həyatı həyatdan tez tərk edək bu son dəqiqə
Sən zamana inanırsan yaraları sağaldar deyə
İllər sevgili tək gedir yalandan qayıdacam deyir
Sən sanma qarnın tox olsa, dərd azalar deyə
Diqqətlə qulaq as necə ruhun bağırır acam deyə
Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında,
Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısında!
Tək qalıb ağlayanlar həqiqət qarşısında
Ürəkdən gülür xoşbəxt olur Brandwall qarşısında
Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır
Beynimde qan əvəzinə vəhşi balıqlar üzür
Həyatım cəngəllikdir, bacarsan gir tap cığır
Görəsən neçə nəfər indi şərəfimə şərab süzür.
(Nəqarət: Gültəkin)
Dəyişir səni həyat,
Azalır sənə maraq
Hardadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər