Məkanın cənnət,cənnət olsun oğul.
Qəbrin nurla,nurla dolsun oğul (2)
Bugün Şəhidim köçdü evimizdən,
İtdi gözümüzdən, amma getmir qəlbimizdən.
Bugün yenə Vətən ağlayır,
Sən uyu Şəhidim, sən uyu məzarda
Məkanın cənnət, cənnət olsun oğul.
Qəbrin nurla, nurla dolsun oğul (2).
Ana ağlama qara bağlama,
Oğlun Şəhid oldu.
Yarım ağlama ürəyi dağlama,
Qəbrim nurla doldu (2)
Yarının gözləri hər an intizarda,
Vətənin oğlusan,
Vətənin bugün darda.
Ananın fəryadı duyulur "Oğlum harda?"
Sən uyu Şəhidim, sən uyu məzarda.
Məkanın cənnət, cənnət olsun oğul.
Qəbrin nurla, nurla dolsun oğul (2).
Ana ağlama qara bağlama,
Oğlun Şəhid oldu.
Yarım ağlama ürəyi dağlama,
Qəbrim nurla doldu (2).