current location : Lyricf.com
/
Songs
/
Akılla Bir Konuşmam Oldu [Azerbaijani translation]
Akılla Bir Konuşmam Oldu [Azerbaijani translation]
turnover time:2024-09-29 14:48:09
Akılla Bir Konuşmam Oldu [Azerbaijani translation]

Ağılla bir məruzəm oldu dünən gecə

Sənə soruşacaqlarım var dedim.

Sən ki hər məlumatın təməlisən,

Mənə yol göstərməlisən.

Yaşamaqdan bezdim, nə edim?

Bir neçə il daha dözün dedi.

Nədir dedim bu yaşamaq?

Bir düş, dedi; bir neçə görüntü.

Evi-eşiyi olmaq nədir dedim;

Bir az keflənmək üçün

İllər ili dərd çəkmək dedi.

Bu zalımlar, nəçə adamlar dedim;

Qurd, it, çaqqal-maqqal dedi.

Nə deyirsən bu adamlara, dedim;

Ürəksizlər, qafasızlar, soysuzlar dedi.

Mənim bu dəli ürəyim, dedim;

Nə vaxt ağıllanacaq?

Bir az daha qulağı çəkiləndə dedi.

Xəyyamın1 bu sözlərinə nə deyərsən dedim:

Düzmüş alt-alta sözləri,

Xoşsöhbət etmiş deyərəm dedi.

Mən olmayanda bu güllər, bu sərvlər yox.

Qırmızı dodaqlar, mis qoxulu şərablar yox.

Səhərlər, axşamlar, sevinclər tasalar yox.

Mən düşündükcə var dünya, mən yox o da yox.

1. Ömər Xəyyam (1048-1131) dahi xorasan fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. Rübailəri ilə məşhurdur.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by